
Bir çox şirkət reklam verir, kontent paylaşır, büdcə xərcləyir. Amma ayın sonunda sual dəyişmir: “Niyə nəticə yoxdur?”
Problem adətən marketinq etməmək deyil, marketinqi idarə etməməkdir. Marketinq təsadüfi fəaliyyət deyil — idarə olunan biznes prosesidir.
Cradex Agency-də işlədiyimiz şirkətlərin 80%-də eyni mənzərəni görürük: fəaliyyət var, amma sistem yoxdur.
1.Marketinq Satışdan Ayrı Görülür
Ən kritik səhv budur. Marketinqin əsas vəzifəsi “like” toplamaq yox, satışa gedən yolu qısaltmaqdır. Əgər:
- reklamdan gələn müştəri kimə ötürülürsə
- neçə saata cavab verildiyi bilinmirsə
- satış prosesi ölçülmürsə
o marketinq effektiv ola bilməz. Düzgün yanaşma: Marketinq və satış eyni xətt üzərində qurulmalıdır.
2. Hədəf Auditoriya Kağız Üzərində Qalır
“18–45 yaş, Bakı” auditoriya deyil. Bu sadəcə filtrlərdir. Real auditoriya:
- nə axtarır
- hansı mərhələdə qərar verir
- nədən qorxur
- niyə almır
Bu məlumatlar Google Analytics, Search Console, Meta dataları və real satış sualları ilə çıxarılır. Təxminlə yox.
3. Kanal Seçimi Biznes Modelinə Uyğun Deyil
Hər biznes üçün Instagram işləmək məcburiyyətində deyil. Hər məhsul üçün SEO ilk mərhələ olmaya bilər. Beləki:
- Təcili ehtiyac yaradan xidmətlər → Google Ads
- Bahalı məhsullar → kontent + etibar
- B2B xidmətlər → LinkedIn + e-mail
Kanal düzgün seçilməyəndə nəticə gecikir və büdcə əriyir.
4. Marketinq Planı Yoxdur, “Paylaşaq Görək” Var
Plansız marketinq — reaktiv marketinqdir. Bu zaman:
- kontent ardıcıl olmur
- kampaniyalar ölçülmür
- nəticələr müqayisə edilmir
Marketinq planı olmayan şirkətdə inkişaf təsadüfdür, strategiya yox.

5.Ölçülməyən Göstəricilər “Uğur” Hesab Edilir
“Reklam getdi”, “paylaşım oldu” — bunlar nəticə deyil. Nəticə:
- neçə real müraciət gəldi
- neçəsi satışa çevrildi
- bir müştəri neçə manata başa gəldi
Bu göstəricilər izlənmirsə, marketinq yalnız xərclər bölməsidir.
6. Analiz Edilmir, Eyni Səhv Təkrarlanır
Ən təhlükəli nöqtə buradır. Əgər kampaniya bitəndən sonra:
- nə işlədi
- nə işləmədi
- niyə işləmədi
analiz edilmirsə, növbəti kampaniya əvvəlkindən fərqli olmayacaq. Marketinq təkmilləşmə üzərində qurulmalıdır, təkrarlama üzərində yox.
Sahibkar üçün Yekun Nəticə
Marketinq sual deyil, idarəetmə məsələsidir. Nə qədər xərclədiyiniz yox, necə izlədiyiniz nəticəni müəyyən edir. Cradex Agency olaraq 360 dərəcə yanaşmamızın səbəbi də budur:marketinqi tək kampaniya kimi yox, biznes sistemi kimi qurmaq.